ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən iri və özəl investisiya şirkəti “Vanguard” koronavirus (COVID-19) əleyhinə peyvənd vurdurmuş hər işçisinə 1000 dollar ödəyəcək.
Eləcə də bax: Delta ştamı COVID-19-a qarşı vaksinlərin - Effektivliyini Aşağı Salır
FED.az xəbər verir ki, ödəniş bu ilin oktyabr ayına qədər vaksinasiyadan keçmiş şəxslərə ediləcək.
Bu qərar həm evdən, həm də ofisdə işləməyə imkan verən hibrid iş modelinə keçilməsi ilə əlaqədar qəbul olunub. (Report)