Banner

Sağlamlıq

Delta ştamı COVID-19-a qarşı vaksinlərin - Effektivliyini Aşağı Salır

Delta ştamı COVID-19-a qarşı vaksinlərin - Effektivliyini Aşağı Salır | FED.az
10:29 5 Avq 2021

Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.

Eləcə də bax: “Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur”

FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.

İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.

“Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər. (Report)

Banner

Digər xəbərlər