Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Eləcə də bax: Koronavirus Fondunun yarıdan çoxu xərclənib – Nazir Açıqladı
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 28242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib, 7927 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7034, ötən müddət ərzində isə ümumilikdə 641732 test aparılıb.