Azərbaycanda koronavirusla mübğarizə üçün yaradılan Fonddakı vəsaitlərin yarıdan çoxu xərclənib.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə maliyyə naziri Samir Şərifov bildirib.
Eləcə də bax: Koronaviruslu xəstələrin müalicəsinə xərclənən vəsaitin miqdarı - AÇIQLANDI
Maliyyə naziri bildirib ki, pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manat vəsait istifadə edilib.
Fondda
səhiyyə sahəsi üçün nəzərdə tutulan 250 milyon manat vəsaitdən 149 milyon manatı,
sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manatı,
sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manatı,
dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə edilib – deyə naziri bildirib.