Qlobal dərman bazarının həcmi 2024-cü ildə təxminən 1 646 milyard ABŞ dolları olaraq qiymətləndirilmişdir. Bu bazarın 2030-cu ilə qədər 2 350 milyard ABŞ dolları səviyyəsinə çatacağı və orta illik artım tempinin 6,1% olacağı proqnozlaşdırılır.
Qlobal tibbi cihazlar bazarının həcmi 2024-cü ildə 542,21 milyard ABŞ dolları olaraq qiymətləndirilib. Bu bazarın 2025-ci ildə 572,31 milyard ABŞ dollarından 2032-ci ildə 886.68 milyard ABŞ dollarına qədər yüksələcəyi və proqnoz dövründə orta illik artım tempinin 6.5% təşkil edəcəyi gözlənilir.
Qlobal rəqəmsal səhiyyə bazarının həcmi 2024-cü ildə 289 milyard ABŞ dolları qiymətləndirilib və orta illik artım tempi 22.2% olmaqla 2030- cu ildə 946 milyard ABŞ dollarına çatacağı gözlənilir.
In-vitro diaqnostika (IVD) segmenti 2024-cü ildə tibbi cihazlar bazarında 13.6% payla üstünlük təşkil edib. Bu, dünya üzrə aparılan klinik diaqnostik testlərin çoxluğu və yoluxucu, həmçinin xroniki xəstəliklərin artması ilə bağlıdır. Bu kateqoriyada davam edən innovasiyalar və yeni məhsul buraxılışları da onun lider mövqeyini gücləndirib.
2024-cü ildə qlobal tibbi cihazlar bazarına 38,17% payla Şimali Amerika liderlik edib. Bu üstünlük güclü səhiyyə infrastrukturuna, əlverişli sığorta və ödəniş mexanizmlərinə, həmçinin ABŞ və Kanadada qabaqcıl texnologiyaların yüksək tətbiqinə əsaslanır.











