Azərbaycanda ən çox öhdəliyi olan dövlət şirkətləri və onların öhdəliklərinin həcmi məlum olub.
Azərbaycanın ən böyük və ən kiçik - DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI
FED.az bir qədər əvvəl yaradılan Dövlət İnvestisiya Holdinqinə daxil olan şirkətlərin göstəricilərinə əsasən dövlət menecerlərinin idarəçiliyində olan ən böyük və kiçik öhdəlikləri olan şirkətlərin siyahısını tərtib edib.
Azərbaycanın böyüyən və kiçilən – DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI – RƏQƏMLƏR
Siyahıya əsasən, hazırda ən böyük öhdəliyi olan dövlət şirkəti - Dövlət Neft Şirkətidir (SOCAR). SOCAR-ın ümumi öhdəlikləri 41 milyard manatdır ki, bu da aktivlərinin 3-də 2-si qədərdir.
Azərbaycanda öhdəlikləri ən çox artan və azalan - DÖVLƏT ŞİRKƏTLƏRİ - MƏLUM OLDU - SİYAHI
Öhdəliklərin həcminə görə, sonrakı yeri Azərbaycanın ən böyök bankı olan Azərbaycan Beynəlxalq Bankı tutur.
Dövlət Dəmir Yollarının öhdəlikləri isə 3 milyard manata yaxındır. Bu – dəmiryol operatorunun aktivlərinin 60%-i qədərdir.
4 şirkətin 2019-cu ilin sonuna məlumatları hələ məlum deyil. Bunlardan «Aztelekom»un hesabatları hələ hazır deyil.
3 şirkət - «AZAL», «Təmiz şəhər» və «Azerenerji» isə maliyyə hesabatlarını mütəmadi olaraq gizlətməyə üstünlük verirlər. Bu şirkətlər üzərində effektiv dövlət nəzarətinin olmaması onların qanunvericiliyi belə kobud şəkildə pozmasına şərait yaradır.