Azərbaycanda öhdəlikləri ən çox artan və azalan dövlət şirkətləri və onların dinamikası məlum olub.
FED.az bir qədər əvvəl yaradılan Dövlət İnvestisiya Holdinqinə daxil olan şirkətlərin göstəricilərinə əsasən dövlət menecerlərinin idarəçiliyində olan, şirkətlərin öhdəliklərinin dinamikasını tərtib edib.
Azərbaycanda ən çox öhdəliyi olan - DÖVLƏT ŞİRKƏTLƏRİ - MƏLUM OLDU
Siyahıya əsasən, 2019-cu ildə öhdəlikləri ən çox artan şirkət «Azəristiliktəchızat» ASC-dir. Bu qurumun öhdəlikləri 2 dəfə artıb. Dövlət Sığorta Şirkəti və «Azərpoçt»un öhdəlikləri isə 50%-ə yaxın artıb.
Azərbaycanın ən böyük və ən kiçik - DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI
Məbləğ ifadəsində ən böyük artım Dövlət Neft Şirkətinin (SOCAR) öhdəliklərində baş verib. 7,5% və ya 2,9 milyard manat. Öh0dəlikləri ən çox azalan isə «Meliorasiya və Su təsərrüfatı» ASC-dir.
Azərbaycanın böyüyən və kiçilən – DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI – RƏQƏMLƏR
Ümumilikdə 2019-da 9 dövlət şirkətinin öhdəlikləri artıb, 7 şirkətdə isə azalıb.
4 şirkətin 2019-cu ilin sonuna məlumatları hələ məlum deyil. Bunlardan «Aztelekom»un hesabatları hələ hazır deyil.
3 şirkət - «AZAL», «Təmiz şəhər» və «Azerenerji» isə maliyyə hesabatlarını mütəmadi olaraq gizlətməyə üstünlük verirlər. Bu şirkətlər üzərində effektiv dövlət nəzarətinin olmaması onların qanunvericiliyi belə kobud şəkildə pozmasına şərait yaradır.