Azərbaycanda dövlət şirkətlərinin aktivlərinin artıb-azalma üzrə göstəriciləri məlum olub.
FED.az xəbər verir ki, Dövlət İnvestisiya Holdinqinin sərəncamına verilən 20 şirkətdən 10-da aktivlərin artımı, 5-də azalması baş verib.
Digər 4 şirkətdən biri – «Aztelekom» son hesabatı hələ açıqlamayıb.
3 dövlət şirkəti – «AZAL», «Təmiz Şəhər» və «Azerenerji» isə illik hesabatlarını gizlətdiklərinə görə, onların aktivlərinin dinamikasını izləmək mümkün olmayıb.
Bu dövrdə faiz ifadəsində ən böyük artım dövlətin sığorta sektorundakı yeganə təmsilçisində - «Azərsığorta» Dövlət Şirkətində baş verib. 2019-da şirkətin aktivləri 32%-ə yaxın artıb. «Azərpoçt» 28%, Beynəlxalq Bank isə 13% böyüyüb.