FED.az TENDER xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot-1. Peşəkar işçi qüvvəsinin təmin edilməsi xidmətinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-iddiaçının təcrübəsi, iddiaçının tender təklifi və ödəniş şərtləri.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvandan təhvil ala bilərlər.
Əlaqələndirici şəxs- Dəniz Məcidli, əlaqə telefonu (+99 412) 465 09 45.
İştirak haqqı 300 manatdır.
H/h- AZ53AİİB33010019444805754148
VÖEN - 4700664781
Bank - “Kapital Bank” ASC-nin Qusar filialı
Kod - 200480
VÖEN - 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T - AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- ddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının maddi-texniki bazası;
- müqavilənin yerinə yetirilməsinin təminatınıın forması (5%)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru ,,Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 yanvar 2019-cu il saat 16.00- a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25 yanvar 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana təqdim etməlidirlər.
Əlaqələndirici şəxs - Tural Quluzadə, əlaqə telefonu (+99 412) 465 09 45, (+99 477) 277 32 60.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 28 yanvar 2019-cu il saat 16.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“Şahdağ Turizm Mərkəzi” rekrutinq xidməti alır – TENDER
09:57
11 Dek 2018