“Xaçmaz-Şərab” ASC 2017-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az müəssisənin “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki , şirkətin 2017-ci ildə əsas əməliyyat gəlirləri ötən ilə nisbətən 19,57 dəfə artaraq 3 mln 476,9 min manat olub. 2017-ci ildə ümumi mənfəət 305 min 934 manat olub. Xatırladaq ki, “Xaçmaz-Şərab” ASC-in 2016-cı ildə 116 min 537 manat ümumi zərəri olub. Sair əməliyyat gəlirləri 2017-ci ildə olmayıb, 2016-cı ildə isə bu göstərici 635 min manat təşkil edib.
2017-ci ildə inzibati xərclər ötən il ilə müqayisədə 27,06% artaraq 40 min 140 manat, sair əməliyyət xərcləri isə 11,74 dəfə artaraq 170 min 490 min manata yüksəlib.Sonda 2017-ci ildə əməliyyat mənfəəti 186 min 988 manat olub. 2016-cı ildə əməliyyat zərəri 162 min 12 manat təşkil edib.
Yekunda, “Xaçmaz-Şərab” ASC-in xalis mənfəəti 149 min 590 manat olub. Xatırladaq ki, 2016-cı ildə “Xaçmaz-Şərab” ASC-in xalsi zərəri 162 min 12 manat olub.
FED.az “Xaçmaz-Şərab” ASC-in “Balans” hesabatına istinadən bildirir ki, şirkətin 2017-ci ildə cəmi aktivləri ötən ilə nisbətən 19,34% azalaraq 3 mln 859,5 min manata enib, cəmi kapital isə 10,78% artaraq 1 mln 495,4 min manata çatıb.