Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac emalı sexinin sahibini 1903,18 manat cərimələyib.
FED.az Nazirliyə istinadən məlumat verir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Quba rayonu ərazisində növbəti reyd keçirib.
Reyd zamanı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 2,35 kub.m həcmində müxtəlif cinsli girdə işlik material və 3000 ədəd meşə materialından hazırlanmış yeşik aşkar olunub.
Faktla bağlı sexin sahibi Fətulla Fətullayev barəsində akt tərtib olunub və 1903,18 manat məbləğində ziyan tətbiq edilib.
Bu rayonda taxta sexinin sahibi cərimələnib
21:21
21 Sen 2018