Son illərdə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur. Sektorun aparıcı iştirakçıları olan «Merkuri BOKT» və «Brand Credit BOKT»un maliyyə göstəriciləri və idarəetmə yanaşmaları ilə diqqət çəkir.
BOKT-ların müqayisəsi: Kim güclüdür - «EmbaFinans», yoxsa «ASEL kredit» BOKT? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Regional BOKT», yoxsa «Finex Kredit BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «TBC Kredit BOKT», yoxsa «Kəpəz BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finoko BОKТ», yoxsa «Para BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finca Azerbaijan», yoxsa BOKT «İnternational»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «FinTrend BOKT», yoxsa «AZPUL BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «KredAqro», yoxsa « Viator Mikro Kredit»? - RƏQƏMLƏR
FED.az hər iki BOKT-un əsas göstəricilərini müqayisə edərək, inkişaf dinamikası, üstünlük və geri qaldığı məqamları araşdırıb.
Məlumat üçün bildirək ki, hər iki BOKT orta ölçülü investorlara aiddir. «Merkuri BOKT»un hər biri 50% paya malik olan iki səhmdarı var. Bunlar Məmmədov Məmməd Əhməd oğlu (50%) və Əzizov Səbuhi Məmmədsani oğludur (50%).
«Brand Credit BOKT»da isə səhmlərin böyük hissəsi xanımlara məxsusdur. Burada əsas səhmdər Vəliyeva Yeganə Nəriman qızıdır (75%). Şirkətin qalan səhmləri Hüseynov Əli Abdulhüseyn oğluna (22%) və Vəliyeva Şəbnəm Rafiq qızına aiddir (3%).
Aktivlərin həcmi – kim daha böyükdür?
İlk növbədə qeyd edək ki, «Merkuri BOKT» və «Brand Credit BOKT» ölkədəki BOKT-lar arasında orta ölçülü təşkilatlar sayılır. FED,az-ın tərtib etdiyi renkinqə əsasən, hazırda fəaliyyət göstərən 54 BOKT arasında aktivlərin həcminə görə, «Merkuri BOKT» 25-ci, «Brand Credit BOKT» isə 29-cu yeri tutur.
«Merkuri BOKT» və «Brand Credit BOKT» - hər ikisi böyüyən BOKT-lardır. Şirkətlərin aktivlərinin 2022–2023-cü illərdə dinamikasına baxdıqda, məlum olur ki, «Merkuri BOKT» aktivlərini 33% və ya 1900 min manat artırıb. Eyni dövrdə «Brand Credit BOKT»un aktivlərində isə 20,8% və ya 975 min manat artım olub. Bu göstəriciyə görə, həm məbləğ, həm də faiz nisbətində «Merkuri BOKT» irəlidədir.
Min manat |
Göstəricilər |
Min manat |
Merkuri BOKT |
BOKT-lar |
Brand Credit BOKT |
7 624 |
Aktivlər 2023 |
5 657 |
5 724 |
Aktivlər 2022 |
4 682 |
33,1% / 1 900 |
Aktivlərin dəyişməsi (%/manat) |
20,8% / 975 |
Aktivlərin həcmi üzrə son 5 ilin göstəricilərinə baxsaq, 2019-cu ildə də «Merkuri BOKT» rəqəbi «Brand Credit»dən üstün olub və aktivləri 3 630 min manat təşkil edib. Həmin il «Brand Credit»in aktivləri 3 171 min manat idi. Aradakı fərq 459 min manat və ya təxminən 14,5% təşkil edib. Ötən 4 il ərzində, yəni 2023-cü ildə bu fərq daha da artıb. «Merkuri BOKT»un aktivləri 7 624 min manata çataraq, «Brand Credit»i 1 967 min manat və ya 34,8% üstələyir. Qeyd edək ki, «Brand Credit» aktivlərini 2020-2021-ci illərdə artırmağa nail olub, 2022-ci ildə isə şirkət «büdrəyib», aktivlərin həcmi azalıb, nəhayətdə 2023-cü ildə aktivlər yenidən artıb.
Aktivlər Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
Merkuri BOKT |
3 630 |
3 555 |
3 845 |
5 724 |
7 624 |
Brand Credit BOKT |
3 171 |
5 144 |
5 299 |
4 682 |
5 657 |
Merkuri BOKT |
Aktivlər dinamika |
Brand Credit BOKT |
-2,0% |
2020 |
62,2% |
8,1% |
2021 |
3,0% |
48,8% |
2022 |
-11,6% |
33,1% |
2023 |
20,8% |
22% |
2020-2023 (orta) |
18,6% |
Öhdəliklərin həcmində ikiqat fərq var – bu yaxşıdırmı?
Son 5 ilin göstəricilərinə nəzər saldıqda, öhdəliklərin həcmi baxımından da «Merkuri BOKT» rəqibini geridə qoyur.
2019-cu ildə Merkuri, Brand Credit-dən cəmi 48 min manat və ya 1.8% daha çox öhdəliklərlə fəaliyyət göstərirdi. Həmin dövrdə hər iki BOKT-un öhdəlikləri çox oxşar idi.
2020-ci ildə isə Merkuri öz öhdəliklərini 4.2% artıraraq Brand Credit-dən 264 min manat və ya 8.7% daha yüksək bir mövqedə idi. Bu üstünlük 2021-ci ildə də davam etdi. Merkuri, həmin il öhdəliklərini 11.5% artıraraq Brand Credit-dən 189 min manat və ya 6.6% daha çox öhdəliklərə sahib oldu.
2022-ci ildə isə «Merkuri»nin öhdəlikləri kəskin bir şəkildə artdı və fərq daha da böyüdü. «Merkuri», öhdəliklərini 64.3% artıraraq Brand Credit-i 2 455 min manat və ya 94,7% üstələdi.
2023-cü ildə isə Merkuri-nin öhdəlikləri 6 916 min manata çatdı, bu da Brand Credit-dən 3 288 min manat və ya 90?6% daha çox deməkdir.
Öhdəliklər Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
Merkuri BOKT |
2 644 |
2 755 |
3 072 |
5 048 |
6 916 |
Brand Credit BOKT |
2 596 |
3 019 |
2 883 |
2 593 |
3 628 |
Şirkətlərin öhdəliklərinin strukturuna baxdıqda, hər iki BOKT istiqraz buraxır, yəni qiymətili kağızlar üzrə öhdəlikləri var, sadəcə «Merkuri BOKT»-da bu rəqəm 1,5 milyon manat olduğu halda, «Brand Credit»lə bu rəqəm 2 dəfə az, yəni 800 min manat ətrafındadır.
«Brand Credit»in öhdəliklərinin böyük hissəsi bankdan götürülmüş kreditin payıına düşür. Şirkətin əsas kreditoru «Kapital Bank» ASC-dir. 2023-də BOKT-un «Kapital Bank» qarşısında borcu 2 dəfə artaraq 2,5 milyon manatı keçib.
«Merkuri BOKT»un isə kredit təşkilatlarına 6,8 milyon manat borcu var, əvvəlki illə müqayisədə bu öhdəlikləri 2 milyon manat artıb, amma BOKT öz kreditorlarının adlarını açıqlamır.
Kapital göstəricisi
Kapital göstəricisində isə «Brand Credit» rəqibini ciddi fərqlə üstələyir. 2019-cu ildə «Merkuri BOKT» şirkəti «Brand Credit»dən 413 min manat və ya 72% üstün olsa da, 2020-ci ildə Brand Credit kapitalını bir il əvvəlki göstərici ilə müqayisədə 3,7 dəfə artıraraq «Merkuri BOKT»u 1326 min manat üstələyib.
Kapitalın həcmi üzrə 2021-ci ildən etibarən «Brand Credit»in üstünlüyü davam etdi və 2022-ci ildə bu fərq 1414 min manat və ya 209% təşkil etdi. 2023-cü ildə «Merkuri BOKT»un kapitalı cüzi artım göstərsə də, «Brand Credit» kapitalın həcxminə görə rəqibini 1321 min manat və ya 3 dəfə üstələyir.
Kapital Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
Merkuri BOKT |
986 |
800 |
773 |
676 |
708 |
Brand Credit BOKT |
573 |
2 126 |
2 415 |
2 090 |
2 029 |
Kapitalla bağlı daha bir maraqlı məqam – şirkətlərin nizamnamə kapitalları fərqlidir. «Merkuri BOKT»un sahibləri buraya 800 min manat yatırıblar. Bunun 100 min manatı zərər nəticəçində əriyib və kapital 708 min manata düşüb.
«Brand Credit»də isə əksinə, sahibləri bu BOKT-a 1 milyon 900 min manatv yatırıblar, bölüşdürülməmiş mənfəət hesabına bu məbləğ 2 milyon 29 min manata yüksəlib.
Bu vəziyyət «Brand Credit»in öz rəqibi ilə müqayisədə daha dayanıqlı maliyyə durumuna malik olduğunu göstərir.
BOKT-ların «ana gəlir mənbəyi» - Kredit portfellərinin müqayisəsi
Qeyd edək ki, BOKT-ların fəaliyyət istiqamətləri, kredit mövzuları demək olar eynidir. «Merkuri BOKT» kredit təsnifatını rəqibindən daha detallı göstərib. Şirkətin əsas kredit istiqaməti (1) avtolizinq, (2) lombard kreditləri, (3) nağd pul kreditləri, (4) digər kreditləri aiddir.
«Brand Credit» isə (1) istehlak, (2) ticarət, (3) daşınmaz əmlak və (4) avtomobil kreditləri ayırmaqla məşğuldur.
Ötən il hər iki BOKT kredit portfelini böyüdüb. Amma məbləğ baxımından «Merkuri BOKT» irəlidədir.
2022-ci ildə «Brand Credit»in kredit portfeli 3 milyon 954 min manat olduğu halda 2023-cü ildə bu rəqəm 5 milyon 212 min manata yüksəlib - artım 33,1%.
«Merkuri BOKT» isə 2022-ci ildə 5 milyon 219 min manat olan kredit portfelini 1,7 milyon maata yaxın artıraraq 6 milyon 947 min manata yüksəldib – artım 32%.
Kredit portfeli Min AZN |
2021 |
2022 |
2023 |
Merkuri BOKT |
3 344 |
5 219 |
6 947 |
Brand Credit BOKT |
4 168 |
3 954 |
5 212 |
«Merkuri BOKT»un kredit portfelinin yarıdan çoxu (3,9 milyon manat və ya 56%) lombard kreditlərinin payına düşür. Portfelin dörddə biri (1,6 milyon manat və ya 23%) avtomobil lizinqinin payına düşüb. Portfelin 872 min manatı və ya 13%-i isə nağd pul kreditlərindən ibarətdir. 2023-cü ildə şirkət ən çox lombard kreditlərini artırıb – 1 milyon manat.
«Brand Credit»in kredit məlumatları nisbətən qapalıdır – kreditlətin 5 milyon manatı və ya 97%-i istehlak kreditləri adı ilə göstərilib. 140 min manat və ya 2,7% ticarət, 0,1% kredit isə avtomobil kreditlərinin payına düşüb.
Əsas məsələ - hansı BOKT sahibinə daha çox qazanc gətirir?
Mənfəət göstəricisi üzrə «Brand Credit» rəqibini qabaqlayır. Belə ki, 2021-ci ildə «Brand Credit» 575 min manat xalis mənfətlə «Merkuri BOKT»u 504 min manat və ya 8 dəfə üstələyirdi. 2022-ci ildə hər iki BOKT-un mənfəəti azalsa da, «Brand Credit» yenə də rəqibindən 334 min manat daha çox mənfəət qazana bilib. 2023-cü ildə isə «Merkuri BOKT» mənfəətini üç dəfədən çox artıraraq 225 min manat qaldırıb, «Brand Credit»in mənfəəti isə azalmaqdadır – 312 min manat.
Bu rəqəmlər «Merkuri BOKT»un rəqibinə çatmaq üçün daha sürətli bir inkişaf tempi göstərdiyini, lakin «Brand Credit»in hələ də sabit üstünlüyə malik olduğunu göstərir.
Xalis mənfəət Min AZN |
2021 |
2022 |
2023 |
Merkuri BOKT |
71 |
60 |
225 |
Brand Credit BOKT |
575 |
394 |
312 |
Son 5 ilin mənfəəti
5 il ərzində «Merkuri BOKT»un ümumi mənfəəti 627 min manat, Brand Credit-in isə 1837 min manat təşkil etmişdir. «Brand Credit» bu dövrdə «Merkuri BOKT»u 1 210 min manat və ya təxminən 2,9 dəfə üstələyib.
Halbuki 2019-cu ildə «Merkuri BOKT» şirkəti «Brand Credit»dən xeyli üstün idi, lakin növbəti illərdə rəqib güclü sıçrayışlar edərək mənfəətdə üstünlük qazandı. Xüsusilə 2020-ci ildə «Brand Credit»in mənfəətində kəskin artım baş verdi və bu tendensiya sonrakı illərdə də davam etdi. Ümumi mənzərə göstərir ki, Brand Credit uzunmüddətli dövrdə daha yüksək gəlir əldə etməkdə daha uğurlu olub.
Xalis mənfəət Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
Merkuri BOKT |
205 |
66 |
71 |
60 |
225 |
Brand Credit BOKT |
6 |
550 |
575 |
394 |
312 |
Gəlirlilik göstəriciləri ROA və ROE üzrə
Kapitalın gəlirliyi – ROE
Kapital gəlirliliyində daha maraqlı bir mənzərə yaranıb. 2022-ci ildə Brand Credit-in ROE əmsalı 17,4%, «Merkuri BOKT»un isə 8,2% idi. Lakin 2023-cü ildə «Merkuri» ROE göstəricisini 32,5%-ə çatdıraraq rəqibini qabaqladı. «Brand Credit» bu dövrdə ROE əmsalını 15,1%-ə qədər azaltsa da, hələ də yüksək kapital effektivliyini qorumağa çalışdı.
ROE əmsalı |
2022 |
2023 |
Merkuri BOKT |
8,2% |
32,5% |
Brand Credit BOKT |
17,4% |
15,1% |
Aktivlərin gəlirliyi– ROA
2022-ci ildə «Brand Credit», ROA göstəricisi üzrə «Merkuri BOKT»u əhəmiyyətli dərəcədə qabaqlayırdı. «Brand Credit»in aktiv gəlirliliyi 7.8%, «Merkuri»nin isə cəmi 1.2% idi. Bu fərq, «Brand Credit»in aktivlərdən daha effektiv istifadə etdiyini göstərir. 2023-cü ildə isə vəziyyət dəyişib. «Merkuri BOKT» ROA göstəricisini 3,3%-ə qədər artıraraq fərqi əhəmiyyətli dərəcədə azaltdı, lakin «Brand Credit» yenə də 6,0% ilə irəlidədir.
ROA əmsalı |
2022 |
2023 |
Merkuri BOKT |
1,2% |
3,3% |
Brand Credit BOKT |
7,8% |
6,0% |
Rəhbərliyin gəlirləri – kim daha çox bonus alır?
BOKT-ların maliyyə göstəriciləri son nəticədə özünü işçi heyətin və rəhbər menecmentin gəlirlərində əsks etdirir. 2023-cü ilin nəticələrinə görə, hər iki BOKT-da maaş fondu artıb.
Ötən il (yəni 2023-də) «Brand Credit» əməkdaşları 470 min manat maaş alıblar (artım 20%). «Merkuri BOKT»un əməkdaşlarının maaşları isə 727 min manat olub (artım 19%).
Ən maraqlı rəqəmlər BOKT-ların rəhbərliyinin gəlirləri ilə bağlıdır. Gəlirlilik səviyyəsinin daha aşağtı olmasına baxmayaraq «Merkuri BOKT»un rəhbərliyi daha çox bonus qazanır. 2022-ci ildə şirkət rəhbərliyinin bonus və maaşları 153,6 min manat, 2023-cü ildə isə 21% artaraq 186,4 min manat olub.
«Brand Credit» səhmdarları daha «əldən bərkdir». 2023-cü ildə şirkət rəhbərliyinin maaş bonusları nəinki artıb, hətta azalıb, 2022-ci ildə 80,6 min manat olan bu məbləğ, 2023-də 68,5 min manata enib.
2023-cü ilin sonunda «Merkuri BOKT»un idarə heyətinin sədri Teymur Məcidov, «Brand Credit»in idarə heyətinin sədri isə Firudin Qasımov olub.