Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla bu vəzifə Vahid Rasim oğlu Hacıyevə həvalə olunub.
Eləcə də bax: Zəngilana Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, Vahid Hacıyev bu təyinatadək "PAŞA Holdinq"in kənd təsərrüfatı şirkəti olan “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.
Sözügedən şirkətə 2 il rəhbərlik edən V. Hacıyev, həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin rəhbəri olub.
O, daha əvvəl neft sektorunda fəaliyyət göstərib. Belə ki, Vahid Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.
“Agro Dairy” MMC taxılçılıqla məşğul olan Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir və əsasən Samux, Tovuz və Hacıqəbul rayonları ərazisində fəaliyyət göstərir. Həmçinin, “AgroDairy” işğaldan azad edilmiş Ağdam və Füzuli ərazilərində torpaqlarda əkin işlərinin həyata keçirilməsilə məşğuldur. (Qafqazinfo)