Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.
Eləcə də bax: Prezidentə Zəngilan şəhərinin Baş planı - TƏQDİM OLUNUB
FED.az xəbr verir ki, Baş planın konseptual əsasını rahat yaşayış, yaşıl və təmiz, proqressiv innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir.
Hazırlanması zamanı onun özünəməxsus simasını formalaşdırmaq üçün ərazinin mövcud memerlıq ənələri araşdırılıb, tarixi mühitin qorunması şərtiylə tətbiq oluna biləcək müasir yanaşmalar müəyyən edilib.
Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.
Şəhərin planlaşdırılmasında tətbiq edilmiş “15 dəqiqəlik şəhər” yanaşması isə kompakt mərkəz və alt mərkəzlərin yaradılmasıdır. Gündəlik təlabat obyektlərinin piyada əlçatanlığında olması və aşağı sürətli yol infrastrukturunun təşkilini özündə ehtiva etməklə, sakinlərin və qonaqların şəhər daxilində hərəkətini asanlaşdıracaq.
Qeyd edək ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. (Qafqazinfo)