“Norm” ASC-nin iştiraki ilə Zəfər Günü ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş təşkil olunub.
FED.az xəbər verir ki, görüşdə 25 şəhid ailəsi iştirak edib.
44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhid valideynləri qəhrəman övladları barədə öz xatirələrini bölüşüb, onların keçdiyi döyüş yolundan söz açıblar. Çıxışlar zamanı tarixi zəfərin şəhidlərimizin qanı bahasına əldə edildiyi, onların adlarının tarixə əbədi həkk olunduğu və xatirələrinin xalqımız tərəfindən həmişə uca tutulacağı vurğulanıb.
Şirkət tərəfindən şəhid ailələri üçün maddi yardım ayrılıb.