İşğaldan azadedilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisinin potensialı ölkənin dağ-mədən sənayesinin inkişafı üçün yeni səhifə açıb.
Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra - UĞURLAR ƏLDƏ EDİLİB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı tərəfindən Heydər Əliyevin 100 illik yubilyeyinə həsr olunmuş tədbirdə çıxış edən "Azergold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.
O bildirib ki, bu regionda yerləşən filiz yataqlarının istifadəyə verilməsi sənayedə dağ-mədən sektorunun payının böyük həcmdə artmasına təsir edəcək.
""Azergold" bütün resurslarını səfərbər edərək bu istiqamətdə aparılan siyasəti davam etdirəcək" - Zakir İbrahimov əlavə edib. (Apa)