Yevlax görüşündən sonra Qarabağ ermənilərinin nümayəndəsi bildirib ki, Bakı ilə yekun razılaşma yoxdur, detalları razılaşdırmaq lazımdır.
Prezident Administrasiyası: Ermənilər tərksilah olmağa və Yevlaxda görüşə razılaşdılar
FED.az biznes və maliyyə xəbərləri portalə Banker.az-a istinadən xəbər verir ki, bu barədə RİA.Novosti məlumat yayıb.
Eyni zamanda Prezident İlham Əliyevin rəsmi nümayəndəsi bəyan edib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında aparılan danışıqlar münaqişəyə son qoyacaq sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.
Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir, Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Xankəndi ilə Bakı arasında danışıqlar sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər, lakin Yevlaxda bir görüşdə bütün problemlərin həllini gözləmək çətindir.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.
Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.