Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır.
Eləcə də bax: 10 noyabrda imzalanmış tarixi sənədin TAM MƏTNİ
FED.az biznes və maliyyə xəbərləri portalı "Turan"a istinadən xəbər verir ki, bu barədə Yerevanda Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə bildirib. O, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib.
İlham Əliyev:"Biz Zəngəzur dəhlizini Ermənistan istəməsə zorla həll edəcəyik"
“Sərhəddə hazırkı vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib”, deyən baş nazir müavini əlaqələrin “Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.
Zəngəzur dəhlizi mövzusuna toxunan Qriqoryanın sözlərindən aydın olub ki, Yerevan Azərbaycan Prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.
“Ermənistan tərəfi dəhliz məntiqi məsələlərini müzakirə etməyib, etməyəcək də. Dəhliz dedikdə bəziləri nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, bu, ayrı məsələdir, amma bu sözün altında suverenliklə bağlı hər hansı başqa hallar nəzərdə tutulursa, bu cür müzakirələr istisna edilir”, - deyə o bildirib.
Xatırladaq ki, regionda kommunikasiyaların, xüsusən Azərbaycanın quru hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.
11 yanvar 2021-ci il tarixində bu ölkələrin liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan yeni sənəd imzalayıblar.