İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"Qarabağ və Şərqi Zəngəzurun ümumi planlaşdırılması başa çatıb"
FED.az xəbər verir ki, bu məqsədlə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu dəfəki köç karvanında Qırmızı Bazara 20 ailə (71 nəfər), Sos kəndinə isə 10 ailə (42 nəfər) köçürülüb.

















