Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu gün Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə isə cəmi – 20 ailə (81 nəfər), o cümlədən Füzuli rayonundan – 8 ailə (34 nəfər), Bakı şəhərindən – 6 ailə (27 nəfər), Beyləqan rayonundan – 5 ailə (18 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər), Xocalı rayonunun Xanabad kəndinə, cəmi – 21 ailə (103 nəfər), o cümlədə Bakı şəhərindən – 8 ailə (45 nəfər), Bərdə rayonundan – 6 ailə (29 nəfər), Ağcabədi rayonundan – 3 ailə (16 nəfər), Oğuz rayonundan – 1 ailə (7 nəfər), Goranboy rayonundan – 1 ailə (3 nəfər), Gəncə şəhərindən – 1 ailə (2 nəfər), İsmayıllı rayonundan – 1 ailə (1 nəfər) köçürülüb.
Beləliklə, 11.03.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 40 yaşayış məntəqəsində 7 541 ailə (30 261 nəfər) məskunlaşmış olacaqdır.











