Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
FED.az xəbər verir ki, Xocalı şəhərinə 25 ailə - 136 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə - 189 nəfər yola salınıb.
Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.















