Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.
FED.az xəbər verir ki, daha əvvəl onun Şuşanın "hərbi komendant"ı "təyin olunması" barədə məlumat yayılıb.
Erməni xüsusi təyinatlıları mühasirəyə alınaraq - MƏHV EDİLİB
Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması xəbərini təsdiqləyiblər.
Xatırladaq ki, Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib.
Seyran Ohanyanın oğlu Artur Ohanyan da Qarabağda gedən döyüşlərdə yaralanıb. FED.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib. "O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm", - Mejlumyan deyib.