Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Eləcə də bax: Polis şöbələri işğaldan azad edilən rayonlara köçürülür - RƏSMİ
FED.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xocalı Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə göndərilib.
Nazirin digər əmri ilə onun yerinə rayon DYP bölməsinin inspektoru, polis kapitanı Nemət Məmmədov təyin edilib. (Report)