“Azərbaycan lokal antiterror tədbirləri keçirməyə məcbur oldu”.
FED.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayav bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Ermənistan vaxt qazanmağa çalışır: “Üç ilə yaxındır Ermənistan vaxt qazanmağa çalışır. Ona görə də antiterror tədbirlərinə məcbur olduq”.