"Eksimbank" Macarıstan şirkətlərinə Qarabağın yenidən qurulmasında iştirak etmək üçün 120 mln. dollar həcmində kredit xətti ayırıb.
Eləcə də bax: “Macarıstanın “Exim Bank”ı Qarabağa 100 milyon avro ayırmaq istəyir”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Macarıstan XİN yanında Türk Dövlətləri Təşkilatına cavabdeh olan Culiya Popelix bildirib.
Onun sözlərinə görə, Macarıstan şirkətləri Qarabağ bölgəsində şəhər infrastrukturunun bərpasında, enerji təchizatının qurulmasında və kənd təsərrüfatı fəaliyyətinin başlanmasında iştirak edəcəklər.
Qeyd edək ki, fevralın 3-də Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib və azad edilən ərazilərdəki layihələrdə macar şirkətlərinin iştirakı müzakirə edilib.