Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.
FED.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.