Qubadlı rayonunun Xanlıq kəndinin gələcək gorünüşü belə olacaq.
"Ağdamda məskunlaşma prosesi 2025-ci ilin ortasından başlaya bilər"
Qubadlı rayonunun Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulandan sonra necə görünəcəyi ilə bağlı video hazırlanıb.
Bu barədə FED.az-a Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, kənd işğal dövründə tamamilə dağıdılıb.
Xanlıq kəndi ərazisində yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən bu il mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.