Xankəndidə yaşayan erməni əsilli vətəndaşların seçkiyə cəlb olunub-olunmayacağına aydınlıq gətirilib.
Parlament seçkisində kimlərə səs vermək olar? – SEÇKİ DAİRƏLƏRİ - NAMİZƏDLƏR – TAM SİYAHI
FED.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb: “Onun hansı millətdən olması əhəmiyyət kəsb etmir. Şəxsiyyət vəsiqəsini təqdim edən istənilən insan səs verə bilər. Səsvermə hüququ olan bütün vətəndaşlarımıza biz şərait yaratmışıq”. (Apa)