Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi bayram tədbirləri başlayıb.
Xankəndi və Xocalıda uşaq bağçaları fəaliyyətə başlayıb
FED.az xəbər verir ki, Xankəndi şəhərinin Zəfər meydanında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirilib. İlk öncə Azərbaycan dövlət himnini səsləndirib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələrinin, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb. Bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub. Dekabrın 31-də isə Xankəndidə atəşfəşanlıq olacaq.
Bundan başqa qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndi şəhərinin Zəfər Meydanında “Qış nağılı” yarmarkası keçirlir. Qeyd edək ki, keçirilən “Qış nağılı” yarmarkası yanvarın 4-dək davam edəcək.
Yarmarkada müxtəlif şirkət və müəssisələr öz məhsullarını təqdim edir, həmçinin fərdi şəxslər də əl işlərini və digər məhsullarını nümayiş etdirirlər. Tədbir çərçivəsində bayram ab-havasını tamamlayan müxtəlif mədəni proqramlar, o cümlədən konsertlər və atəşfəşanlıq da nəzərdə tutulub.
Bundan başqa qeyd edək ki, Xankəndi Şəhərində Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə bayram yarmarkası, konsert proqramı, atəşfəşanlıq keçiriləcək və Xocalı şəhəri bəzədiləcək.
Tədbirlər, yerli müəssisələrin məhsullarını geniş auditoriyaya təqdim etməsinə imkan yaradır, fərdi şəxslər üçün isə öz məhsullarını tanıtmaq üçün böyük fürsət təqdim edir.