Xankəndidə qazın verilişi bərpa edilib.
“Azəriqaz” ermənilərin növbəti təxribatına - CAVAB VERDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan mətbuatında Azərbaycan tərəfinin guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağ təchizatını dayandırması ilə bağlı məlumatlar yayılıb. “Azəriqaz” İB bu məsələyə münasibət bildirərək qeyd edib ki, yayılan məlumat dezinformasiyadır:
“Ermənistan mətbuatında növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır. Bu dəfə yayılan dezinformasiyaya görə guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırıb. Şübhəsiz ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir. “Azəriqaz” İB olaraq bəyan edirik ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”.