İyunun 4-də Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında təşkil olunacaq yarmarkada Xocalı rayonu üzrə “Qoç ət” Kəndli Fermer Təsərrüfatı”na aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və s. iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.
Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.