İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa quruculuq işlərinə 9 milyard manata yaxın vəsait ayrılıb.
Qarabağda işləyən sahibkarlar gömrük rüsumlarından - 10 İL AZAD OLUNACAQ
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, yeni proqram çərçivəsində Qarabağın bərpasına 20 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu xərclər daha çox daxili imkalar hesabına təmin ediləcək.
V.Qasımlı əlavə edib ki, prosesdə daha yaxından iştirak etməsi üçün özəl sektora imkanlar yaradılır: "Bu sahədə dövlət-özəl partnyorluğu üçün qanunvericilik təkmilləşdirilir. Eyni zamanda, Qarabağda fəaliyyət göstərəcək sahibkarlara vergi, gömrük güzəştlərinin verilməsi, əlverişli kredit resurslarına çıxış imkanlarının yaradılmasını buna nümunə göstərə bilərik". (Apa)