“Ağdam şəhərini də biz bərpa edəcəyik”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bununla bağlı baş plan hazırlanacaq:
“Mütəxəssislər cəlb ediləcək, planlı şəkildə işlər görüləcək. Vətəndaşlara ora qayıtmaq üçün köməklik göstəriləcək”.
Ali Baş Komandan artıq bərpa işlərinə başlanıldığını xatırladıb:
"Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, gələn il əlavə vəsait ayrılacaq. Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək".