“Vətən Müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib. Hərbi əməliyyatlar zamanı 150 nəfər tibb işçisi yaralanıb, 9-u həkim olmaqla ümumilikdə 42 nəfər xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub".
Eləcə də bax: Müdafiə Nazirliyi: Vətən müharibəsi şəhidlərinin - YENİ SİYAHISI
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.
Onun sözlərinə görə, müharibənin ilk günündən yaralıların tibbi təminatı, müalicəsi Ali Baş Komandan, Prezident ilham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır: "Yaralılarımızın bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin yaradılmasına göstəriş verilib. Hazırda Səhiyyə Nazirliyinin, TƏBİB-in nəzdində ən müasir avadanlıqlarla təmin olunmuş reabilitasiya, bərpa mərkəzləri fəaliyyət göstərir”. (Qafqazinfo)