Şəhid olan igidlərimizdən biri də tankçı mayor Rəşad Budaqovdur!
1986-cı ildə Yevlax şəhərində anadan olan mayor Budaqov, 2004-cü ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və tankçı zabit kimi orduda xidmətə başlayıb.
Daim cəbhə bölgələrində xidmət edən Rəşad Budaqov Aprel döyüşlərində də iştirak edib. İntizamlı cəsur və çalışqanlığı sayəsində orden və medallarla, fəxri fərmanlarla mükafatlandırılıb.
2-ci Qarabağ müharibəsinin ilk günlərində döyüşlərdə iştirak edərək Talış kəndi istiqamətində düşmənin cəbhə xəttinin yarılmasında iştirak edib və yaralanıb.
Yaralanmasına baxmayaraq «Mən əsgərlərimi tək qoya bilmərəm» deyərək cəbhə bölgəsinə geri qayıdıb və şəhid olub. Bərdə korpusunda hər kəs onun qəhrəmanlığından danışır. Ailəlidir, 2 qız övladı var. 4 yaş və 5 aylıq.
Allah şəhidimizə rəhmət eləsin!
Biz onlara borcluyuq!