Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi açıqlanıb.
FED.az xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf olunub.
Ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü:
Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 6 075 484,75 manat, borc öhdəliklərinin qarşılanması üçün 830 706,67 manat, tibbi xərclərin ödənilməsi üçün 223 243,31 manat, təhsil xərclərinin ödənilməsi 45 704,54 manat xərclənib.
Ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsü:
Evin təmiri üçün 5 799 965,50 manat, bank borcları üçün 759 415, 78 manat, əməliyyat və xəstəxana xərcinin qarşılanması üçün 84 343,82 manat, həmçinin müalicə xərcinin qarşılanması üçün 52 177,28 manat, qeyri-bank borcları üçün 46 843,18, təhsil haqqının ödənilməsi üçün 44 704,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.
Qeyd edək ki, indiyədək fondda 29 758 400,01 manat toplanıb. Fonda daxil olan vəsaitin 7 023 047,53 manatı xərclənib. Vəsaitin qalığı isə 22 735 352,48 manatdır.
Xatırladaq ki, ötən həftəyə qədər xərclənən vəsaitin məbləği 4 082 315,38 manat təşkil edib. (Report)