Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.
Eləcə də bax: “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği - 30 Milyonu Keçdi
FED.az xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.
Belə ki, öhdəliyə götürülən 4 156 şəxsdən 2 226 nəfərinə artıq dəstək göstərilib və bu istiqamətdə 11 589 934,06 manat sərf olunub.
Ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü:
Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 9 668 102,00 manat, borc öhdəliklərinin qarşılanması üçün 1 511 006,43 manat, tibbi xərclərin ödənilməsi üçün 511 611,83 manat, təhsil xərclərinin ödənilməsi üçün 51 305,54 manat xərclənib.
Ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsü:
Evin təmiri üçün 8 121 678,00, bank borcları üçün 1 453 539,57, əməliyyat və xəstəxana xərcinin qarşılanması üçün 84 343,82, həmçinin müalicə xərcinin qarşılanması üçün 328 220,80, qeyri-bank borcları üçün 57 466,86, təhsil haqqının ödənilməsi üçün 49 304,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.
Qeyd edək ki, indiyədək fondda 30 178 777,33 manat toplanıb. Həmin vəsaitin 11 589 934,06 manatı xərclənib. Vəsaitin qalığı isə 18 588 843,27 manatdır. (Report)