Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Silahlı Qüvvələrin 5 min 863 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Eləcə də bax: 5863 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə - Təltif Edilib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təltif olunanlar arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinin rəisi Atakişi Aqil Şəmi oğlu da var. O, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə bu medala layiq görülüb.
Qeyd edək ki, əslən İmişli rayonundan olan Aqil könüllü olaraq baş leytenant kimi Vətən müharibəsində iştirak edib. Artilleriya tağımının komandiri olaraq Füzuli, Hadrut, Xocavənd istiqamətlərində qızğın döyüşlərdə iştirak edib.