Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıblar.
FED.az xəbəer verir ki, prezident İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının adlarını və sayını açıqlayıb və mütəxəssislərə həmin qiymətin hesablanması barədə müraciət edib.
UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri sadalanan hərbi texnikaların qiymətini hesablayıblar. Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsndə Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.