Qarabağda yaşayan erməni əsilli şəxslərə vətəndaşlıq sənədlərinin verilməsi məsələsinə aydınlıq gətirilib.
Ermənilər Azərbaycan pasportlarını hansı hallarda ala bilərlər? - HÜQUQİ İZAH
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açıqlama verib.
O bildirib ki, orada yaşayan vətəndaşlarımızla bağlı qərarı Azərbaycan dövləti verir: “Bununla bağlı hansısa qərar olacaqsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda artıq istər səyyar, istərsə də ASAN Xidmət təmin olunacaq ki, onlara sənəd verilsin". (Apa)