“Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Birgə Monitorinq Mərkəzinin yaradılması üçün Rusiya ilə imzaladığımız memorandum çərçivə sənədidir, bunu tamamlamaq üçün üzərində işləmək lazımdır”.
Eləcə də bax: “Qarabağla bağlı razılaşmaya hörmət edilir”
FED.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.
O qeyd edib ki, bununla bağlı Rusiyadan nümayəndə heyəti Türkiyəyə səfər edib: “Müzakirələr aparılıb, qarşılıqlı çalışmamız davam edir”.
Nazir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilərkən evləri, meşələri yandırmasını pisləyib. (Report)