Şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülki şəxslərin yaxınları olan 20 tələbə Türkiyənin Nişantaşı Universitetində pulsuz təhsil alacaq.
Eləcə də bax: Prezident şəhid ailələri ilə bağlı - Tapşırıq Verdi
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Nişantaşı Universitetinin rektor köməkçisi Sibel Baykut bildirib.
Belə ki, II Qarabağ döyüşü zamanı şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülki şəxslərin yaxınları olan 20 tələbəyə təqaüd veriləcək və onlar Nişantaşı Universitetində tam pulsuz təhsil alacaqlar.
Bununla bağlı artıq ilkin işləmlərə başlanılıb. (Report)