Türkiyənin Mənzil İnşaat İdarəsi (TOKİ) Qarabağda inşaat işərinə qoşulacaq.
Şuşada Türkiyənin Baş Konsulluğu açılacaq
FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatı zamanı bildirib.
"Təbii ki, bir tərəfdən dağıntıların fəsadlarını aradan qaldırarkən, digər tərəfdən də Qarabağın və Azərbaycan torpaqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik. Bizim də bu sahədə, inşallah, Mənzil İnşaat İdarəmizlə birlikdə burada bütün bölgədə planlaşdırdığımız addımlar var. Mənzil İnşaat İdarəmizlə buradakı aidiyyəti qurumla birlikdə çalışaraq bu addımları atacağıq",- Ərdoğan deyib.
TOKİ, sosial mənzil tikintisi üçün yaradılmış dövlət qurumudur.