“Türkiyənin Qarabağ münaqişəsinin sülh yolu ilə həll prosesində Rusiya ilə bərabər iştirak etmək hüququ var”.
Eləcə də bax: Ermənsitan Nazirlər Kabineti Türkiyə məhsullarının ölkəyə girişinə - Qadağa Qoyur
FED.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakı ilə bağlı açıqlamalarını xatırladıb.
“Türkiyə dünyada və regionda gərginliyin həll olunmasında Rusiya qədər maraqlıdır.
Azərbaycan bildirir ki, İrəvan Rusiyanın sülh prosesinə qatılmasının tərəfdarıdırsa, o zaman Bakı Türkiyəni də cəlb etməyi təklif edir. Yəni həm Moskva, həm də Ankara danışıqlar masasında olmalıdır, -deyə Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, Rusiyanın Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirakı ilə bağlı birbaşa heç bir iddiası yoxdur: “Şəxsən mənə bu mövzuda Rusiya rəsmilərindən mənfi rəy gəlməyib”.(Qafqazinfo)