Banner

Qarabağ

TRT işğaldan azad edilmiş ərazilərdə - Yayımlanacaq

TRT işğaldan azad edilmiş ərazilərdə - Yayımlanacaq | FED.az
16:41 28 Dek 2020

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici televiziya kanalının adı məlum olub.

Eləcə də bax: Bütün Qarabağda teleradio - Yayımına Başlanacaq

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Nazirliyin açıqlamasına görə, işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonlarının ərazisində Azərbaycan kanalları ilə yanaşı, Türkiyənin TRT1 kanalı da yayımlanacaq.

Qeyd edək ki, Nazirliyin bu gün yaydığı məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.

Qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.

"Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binasını və stansiyadakı avadanlıqları ermənilər tamamilə dağıdıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.

Nazirliyin əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür.

Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq. Texniki hazırlıq işləri başa catdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.

Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək", - məlumatda bildirilir.

Banner

Digər xəbərlər