Azərbaycanda ilk dəfə Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək.
Yerə zibil atılmasına görə 300 manatdan 7000 manatadək cərimə olunacaq
FED.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı deyib.
O vurğulayıb ki, tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlər gətirilərək müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib: "Şuşada pilot olaraq müasir ekoloji və texnoloji yeniliklər nəzərə alınaraq quraşdırılan yeraltı konteynerlər, kağız, şüşə, metal-plastik və qarışıq olmaqla tullantılar 4 növdə çeşidlənəcək".
O.Cabbarlı xatırladıb ki, Qarabağ sıfır emissiya zonası elan edilib: "Tullantıların düzgün idarə edilməsi vacib məsələdir".
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Cəmiyyət tərəfindən tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı infrastrukturun yaradılması üçün bu bölgədə poliqon yerləri müəyyənləşdirilib, alınan yeni texnikalar və avadanlıqlar həmin ərazilərə göndərilir. (Report)