Bu gün, martın 1-də Xocalı şəhərində Azərbaycan nümaynədə heyəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələri arasında görüş keçriilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan tərəfdən erməni sakinləri ilə görüşlər üçün qrupa Milli Məclisin deputatı Ramin Məmmədov rəhbərlik edib.
Görüş martın 1-də Azərbaycancanda müvəqqəti yerləşən Rusiya hərbçilərinin Xocalıdakı qərragahında baş tutub.
Görüşdə Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarı məsələləri üzrə qrupun rəhbəroi Məsim Məmmədov da iştirak edib. Qrupa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, və «AzerGold» QSC-nin ekspertləri də daxildir.
Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası müzakirə edilib.
Bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam edəcək və ictimaiyyətə bu barədə məlumat veriləcək.