Bu gün Azərbaycan Ordusunun azad etdiyi Hadrut rayonu qəsəbəsi ərazisində erməni diversantların hücumu nəticəsində Azərbaycan hərbçisi – əslən Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsindən olan 1982-ci il təvəllüdlü hərbi qulluqçusu Qəmbərov Elmir Rayıl oğlu Şəhid olub.
Qeyd edək ki, Elmir Qəmbərov Füzulinin və Cəbrayılın azad olunması üçün döyüşlərdə iştirak edib. Füzuli və Cəbrayılın işğaldan azad olunmasına görə medalla təltif edilib.
Allah rəhmət eləsin!