Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ münaqişəsində uduzduğunu və təslim olduğunu bəyan edib.
FED.az xəbər verir ki, Ermənistan lideri bu barədə Feysbukda açıqlama yayıb.
Açıqlamada deyilir:
«Əziz həmvətənlər, bacılar və qardaşlar. Mən şəxsən özüm üçün və hamımız üçsün çox çətin qərar vermişəm.
Bizə Rusiya və Azərbaycan prezidentləri ilə gecə saat 1-də bəyanat imzaladıq.
Artıq dərc olunan bəyanatın mətni mənim üçün və bizim hamımız üçün, erməni xalqı üçün inanılmaz dərəcədə ağırdır.
Mən bu qərarı hərbi vəziyyətin dərin analizi və vəziyyətdən ən yaxşı xəbəri olan insanların dəyərləndirməsi nəticəsində vermişəm.
Həmçinin bunun yaranan vəziyyətdə ən yaxşı həll yolu olduğuna əsaslanaraq imzaladım.
Mən bu qərar haqqında gələcək günlərdlə daha geniş yazacam.
Bu qələbə deyil, amma məğlubiyyyət də deyil. Ola bilsin bu bizim yeni milli birliyimizin başlanğıcı olacaq.
Mən bütün qurbanlar qarşısında diz çökürəm. Əsgərlərin, generalların, könüllülərin, hansı ki, öz həyatları və canları ilə torpaqlarını qoruyurdular, onların qarşısında baş əyirəm. Biz sonadək döyüşdük».