Qlobal və regional müstəvidə cərəyan edən mürəkkəb proseslər ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərsə də, bütövlükdə Azərbaycanda makroiqtisadi sabitliyə nail olunub. Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ümumilikdə 4 milyard 311 milyon manat vəsait ayrılıb.
Dövlət büdcəsinə dəyişikliklər açıqlandı - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilən 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini təqdim edərkən bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, əhalinin nominal gəlirlərinin artması müsbət amillərdəndir. Onun sözlərinə görə, ötən il ən yüksək artım (52, 8 faiz) turizm sahəsində qeydə alınıb.
Bildirib ki, ötən ildə iqtisadiyyatın real artımı 4,6 faiz təşkil edib. Qeyri-neft sektoru üzrə isə artım 9,1 faiz olub. (Azərtac)